Göygöl sakininə birgə yaşadığı qadın xəsarət yetirib - YENİLƏNİB

Göygöl sakininə birgə yaşadığı qadın xəsarət yetirib - YENİLƏNİB
# 29 mart 2023 10:05 (UTC +04:00)

Göygöldə 35 yaşlı kişinin bıçaq xəsarəti almasının təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Elçin Süleymanovla qeyri-rəsmi yaşadığı həyat yoldaşı 1991-ci il təvəllüdlü Dürdanə Əliyeva arasında mübahisə düşüb. Bu zaman qadın kişiyə bıçaq xəsarəti yetirib.

Faktla bağlı araşdırma aparılır.

***

08:47

Göygöl sakini bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1988-ci il təvəllüdlü Elçin Süleymanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə 35 yaşlı kişi özü özünə bıçaq xəsarət yetirib. Onun hansı səbəbdən özünə bıçaqla xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR