Göygöldə 73 yaşlı kişi intihar edib

Göygöldə 73 yaşlı kişi intihar edib
# 01 dekabr 2022 17:30 (UTC +04:00)

Göygöl rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

1949-cu il təvəllüdlü Murtuz Abbasov yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Məlumata görə, Murtuz Abbasov şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR