Göygöldə avtomobil aşıb, sərnişin ölüb

Göygöldə avtomobil aşıb, sərnişin ölüb
# 15 noyabr 2019 19:03 (UTC +04:00)

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Topalhəsənli-Zurnabad yolunda qeydə alınıb

Belə ki, hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Qocayeva Gülnar Fazil qızı hadisə yerində ölüb.

Avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qocayev Elnur Fazil oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR