Göygöldə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Göygöldə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO
# 16 may 2022 10:55 (UTC +04:00)

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 14-də saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Göygöl RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR