Göygöldə avtomobil qəzasında 6 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB-6

Göygöldə avtomobil qəzasında 6 nəfər ölüb - FOTO  - VİDEO  - YENİLƏNİB-6
# 02 iyul 2022 03:13 (UTC +04:00)

Göygöldə baş verən qəzada ölən 5 nəfərin adları məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, qəzada ölənlər "VAZ-2107"nin sürücüsü, 1994-cü il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər - 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu və 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızıdır.

Ölənlərdən birinin şəxsiyyəti müəyyən edilməyib.

***

00.44

Yük avtomobili ilə "VAZ-2107"-in toqquşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

Ölənlərdən biri azyaşlıdır.

***

23.55

Yük avtomobili ilə "VAZ-2107"-in toqquşması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

***

23.43

Yük avtomobili ilə "VAZ-2107"-in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

***

23.21

Yük avtomobili ilə "VAZ-2107"in toqquşması nəticəsində 2 nəfər ölüb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

***

23.14

Göygöldə ağır yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-2107" ilə toqquşub.

Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR