Dünən səhər saatlarında Göygöldə minik avtomobilinin vurduğu azyaşlı ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, 2012-ci il təvəllüdlü Elmir Cəfərov bu gün Gəncədə yerləşən özəl xəstəxanalardan birində keçinib.
Qeyd edək, azyaşlını "VAZ-2106 markalı minik maşını dünən Göygöl rayonu ərazisində vurub.
Faktla bağlı cinayət işi açılıb.