Göygöldə avtomobilin vurduğu piyada xəsarət alıb

Göygöldə avtomobilin vurduğu piyada xəsarət alıb
# 24 avqust 2019 21:20 (UTC +04:00)

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Belə ki, 42 yaşlı kənd sakini Səkinə Quliyeva yolu keçmək istəyən zaman avtomobilin zərbəsinə tuş gəlib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR