Göygöldə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb

Göygöldə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb
# 06 noyabr 2022 08:22 (UTC +04:00)

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

21 yaşlı İ.Əliyeva zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, gənc qadın xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, qadın dərman içərək özünü zəhərləyib.

Onun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR