Göygöldə mebel mağazasında yanğın qəsdən törədilib - FOTO - YENİLƏNİB-2

Göygöldə mebel mağazasında yanğın qəsdən törədilib - FOTO  -  YENİLƏNİB-2
# 01 fevral 2023 09:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Göygöl rayonunda baş verən yanğın barədə məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumatda bildirilib ki, bu gecə Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında baş vermiş yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

***

03.07

Göygöl rayonunda yerləşən mebel salonlarından birində baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisənin səbəbləri araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Saat 01:44

Fövqəladə Hallar Nazirliyi Göygöldəki mebel salonunda baş verən yanğınla bağlı məlumat yayıb.

APA xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Göygöl rayonunun Quşqara kəndində mebel mağazasında yanğın olması barədə ilkin məlumat daxil olub.

"Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

***

Saat 01:20

Göygöldə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Dərhal hadisə yerinə Gəncə və Göygöl Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR