Göygöldə oğurluq edən şəxslər saxlanılıb

Göygöldə oğurluq edən şəxslər saxlanılıb
# 09 may 2022 10:25 (UTC +04:00)

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən xəbərə görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Göygöl rayon sakinləri Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6 000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

F. Məmmədov və İ. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR