Göygöldə piyadanı maşın vurub

Göygöldə piyadanı maşın vurub
# 09 yanvar 2022 04:16 (UTC +04:00)

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1996-cı il təvəllüdlü T.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR