Göygöldə qəza zamanı sürücü ölüb

Göygöldə qəza zamanı sürücü ölüb
# 21 iyul 2022 03:38 (UTC +04:00)

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb.

Qəza zamanı minik maşınının sürücüsü Pənahlılar kənd sakini 1992-ci il təvəllüdlü Həsənov Bünyad Səməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR