Göygöldə şadlıq evi sahibinin qəflətən ölməsinin səbəbi məlum olub - YENİLƏNİB

Göygöldə şadlıq evi sahibinin qəflətən ölməsinin səbəbi məlum olub - YENİLƏNİB
# 18 yanvar 2023 14:14 (UTC +04:00)

Göygöldə sahibkarın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Mərhum Polad Məmmədovun yaxınları APA-nın yerli bürosuna bildiriblər ki, o, pilləkəndən yıxılmayıb. Polad Məmmədovun restoranın həyətində gəzərkən qəflətən halı pisləşib. Yerə yıxılan Polad Məmmədov orada keçinib. Yaxınları mərhumun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Onun epilepsiya tutmasından yıxıldığı bildirilir.

***

12.59

Göygöldə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fəaliyyət göstərən "Münasib” şadlıq sarayının sahibi, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. Münasib Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Münasib Məmmədov uzun müddət sahibkarlıqla məşğul olub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR