Göygöldə sel iki nəfərin həyatına son qoyub - YENİLƏNİB-1 - VİDEO

Göygöldə sel iki nəfərin həyatına son qoyub - YENİLƏNİB-1  - VİDEO
# 26 may 2023 08:12 (UTC +04:00)

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

***

Saat 06:26

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bubarədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.

***

Saat 02:37

Göygöldə sel 5 avtomobili və qaz xəttlərini yararsız hala salıb.

Bu barədə APA-nın yerli bürosuna Göygöl Rayon İcra Hakimiyyətinin Rayon Fövqəladə Hallar Komissiyası sədri Arzu Qocayev deyib.

Onun sözlərinə görə mayın 25 də axşam saatlarında qərb istiqamətində yağan güclü leysan yağışlar nəticəsində rayonun Kərəmli,Topalhəsənli,Şəhriyar və Zurnabat kəndlərində sel sularının səviyəsi artıb

“Adiyyatı qurumların iştirakı ilə aparılmış təxirə salınmaz işlər nəticəsində yolda hərəkət bərpa edilib.Qeyd edilən yaşayış məntəqələrində təbbi qaz və elektirik enerjisinin verlməsi qismən bərpa edilib.Rayon Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən hal-hazırda dəymiş ziyan hesablanır. Yaxıın vaxtlarda bununla bağlı açıqlama veriləcək. İlkin hesablamalara görə 5 nəqliyyat vastələrinə ziyan dəyib, yaşayış evlərinə isə qismən ziyan dəyib", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR