Göygöldə sərxoş piyadanı avtomobil vurub

Göygöldə sərxoş piyadanı avtomobil vurub
# 26 sentyabr 2022 23:32 (UTC +04:00)

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobiı yolu keçmək istəyən 1973-cü il təvəllüdlü Mahir Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə M.Həsənov hadisə vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR