Göygöldə yeniyetmə qız dəm qazından boğularaq ölüb

Göygöldə yeniyetmə qız dəm qazından boğularaq ölüb
# 22 noyabr 2022 16:18 (UTC +04:00)

Göygöl sakini dəm qazından boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR