Göygöldə yol qəzası olub, ölən və xəsarət alanlar var

Göygöldə yol qəzası olub, ölən və xəsarət alanlar var
# 01 dekabr 2022 19:36 (UTC +04:00)

Göygöl rayonunda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil ağaca çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb, xəsarət alanlar var.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Göygöl rayon Yeni Zod kəndindən rayon istiqamətində hərəkətdə olan VAZ 2107 markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən biri ölüb, 3 nəfər xəsarət alıb.

Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, çətin hava şəraiti ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti bərpa ediblər. Hadisə iştirakçılarının kimliyi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR