Güclü külək Bakıda bir sıra fəsadlar törədir - YENİLƏNİB - FOTO - VİDEO

Güclü külək Bakıda bir sıra fəsadlar törədir  - YENİLƏNİB  - FOTO  - VİDEO
# 05 sentyabr 2022 21:59 (UTC +04:00)

Güclü külək Bakıda fəsadlar törətməyə davam edir.

APA-nın xəbərinə görə, Cəfər Cabbarlı küçəsində daha bir ağac aşıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri aşan ağacı doğrayaraq səkini təmizləyir.

***

Saat 17:55

Bu gün səhər saatlarından başlanan güclü külək paytaxtın bir neçə küçəsində fəsadlar törədib.

APA xəbər verir ki, Murad Mirzəyev və Abbas Mirzə Şərifzadə küçələrində quru ağaclar qırılaraq yolun hərəkət hissəsini kəsib.

Qırılmış ağaclar gediş-gəlişə maneələr törədib. Əraziyə cəlb olunan Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri yolu təmizləyib, ağaclar doğranaraq daşınıb və hərəkət bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR