Güclü külək Goranboyun bəzi kəndlərində fəsadlar yaradıb

Güclü külək Goranboyun bəzi kəndlərində fəsadlar yaradıb
  • Clock-gray 23:21
  • calendar-gray 12 İyul 2019

 

Goranboyda yağışla müşayiət olunan güclü külək rayonun bir sıra kəndlərində fəsad törədib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Məşədiqaralar kəndində elektrik hava xəttində baş verən qısaqapanma yanğına səbəb olub. 

Çəpərlərə od düşüb. FHN-in yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yaşayış evlərinə uzanan yanğının qarşısı alınıb. Hazırda onlar hadisə yerindədir. Kəndin işıqları sönüb. Eyni zamanda Zeynallı, Nərimanlı, Boluslu ,Eyvazlılar və bəzi digər kəndlərdə də işıqlar sönüb.

Küləyin yaratdığı problemlər bir sıra kəndlərdə rabitə təsərrüfatına da ziyan vurub və müəyyən istiqamətlərdə telefon və internet xidmətlərində fasilələr yaranıb.
 

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date