Güclü külək Sumqayıtda fəsadlar törədib, avtobusa ziyan dəyib - FOTO

Güclü külək Sumqayıtda fəsadlar törədib, avtobusa ziyan dəyib - FOTO
# 09 fevral 2023 11:58 (UTC +04:00)

Sumqayıtda güclü külək bir sıra fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhərdə güclü külək nəticəsində ağaclar aşıb. Aşan ağaclardan biri yol kənarında dayanmış “VAZ-2109" markalı avtomobilin üzərinə düşüb.

Bundan başqa, aşan ağaclardan biri 8 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusa ziyan vurub.

Güclü külək nəticəsində şəhərdə qaz xətti də qırılıb.

Küləyin yaratdığı fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR