Güclü külək Xaçmazda fəsadlar törədib

Güclü külək Xaçmazda fəsadlar törədib
# 11 avqust 2022 15:13 (UTC +04:00)

Bu gün səhər saatlarından Xaçmazda əsən güclü külək bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun məlumatına görə, külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Elektrik xətlərinin qırılması nəticəsində şəhərin bəzi küçələri, eləcə də Nərəcan, Qımılqışlaq, İstisu inzibati ərazi dairəsinə aid kəndlərə enerjinin verilişində fasilələr yaranıb.

Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində, Xaçmaz-Xudat yolunun kənarında bir neçə ağac kökündən qoparaq aşıb.

Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR