Güclü yağış Goranboyda çaylarda suyun səviyyəsini qaldırıb - FOTO - VİDEO

Güclü yağış Goranboyda çaylarda suyun səviyyəsini qaldırıb - FOTO  - VİDEO
# 22 iyun 2022 20:12 (UTC +04:00)

Güclü yağış Goranboy rayonunun dağ kəndlərində, o cümlədən Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində çaylarda suyun səviyyəsini yüksəldib.

APA-nın yerli bürosunun məlumatına görə, sel-suları 20 yaxın fərdi yaşayış evinə, 20-ə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə və Mingəçevir şəhər sakini Rzayev İlham Zülfü oğluna məxsus “Mercedes” markalı avtomiblə ziyan vurub.

***

Saat 17:32

Goranboyda güclü yağışdan sonra sel gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün saat 15:00 radələrində rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.

Məlumata görə, sel qəsəbədə bir neçə avtomobili aparıb. Bundan əlavə sel suları evlərə dolub.

Hazırda yağışlı hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR