Güclü yağışdan sonra Göygölə dolu düşüb

Güclü yağışdan sonra Göygölə dolu düşüb
# 05 avqust 2022 21:27 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saat 21 radələrində güclü yağışdan sonra rayon mərkəzinə və ucqar kəndlərə dolu yağıb.

5 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR