Gürcüstana külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Valyuta

© APA | Valyuta

# 21 dekabr 2021 12:44 (UTC +04:00)

“Sınıq körpü” sərhəd keçid məntəqəsi vasitəsi illə Gürcüstana külli miqdarda pul keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına baxış zamanı elan edilməmiş 21 milyon 680 min rubl (499 030.24 manat) aşkarlanıb.

Aşkarlanmış pulun Gürcüstan qanunvericiliyinə uyğun olaraq müsadirə edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR