Gürcüstana qanunsuz yolla qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana qanunsuz yolla qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb
# 11 iyul 2019 19:33 (UTC +04:00)

Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana qeyri-qanuni yollarla qızıl-zinət əşyaları keçirməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun əməkdaşları Azərbaycan vətəndaşının üzərinə baxış keçirərkən 58.04 qram çəkidə 7 min 856.52 lari (4 min 682 manat) dəyərində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkarlayıblar.

Saxlanılan şəxs Gürcüstan Vergi Məcəlləsinin 289-cu maddəsinə əsasən 7 865.52 lari (4 min 682 manat) cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR