Gürcüstanda azərbaycanlı ər həyat yoldaşını boğaraq qətlə yetirib - YENİLƏNİB

Gürcüstanda azərbaycanlı ər həyat yoldaşını boğaraq qətlə yetirib - YENİLƏNİB
  • Clock-gray 16:44
  • calendar-gray 17 Oktyabr 2019

Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində həyat yoldaşı tərəfindən boğularaq öldürülən 25 yaşlı qadının cəsədi Azərbaycana göndərilib. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə mərhumun qonşuları bildirib. Məlumata görə, ailə son üç ayı Bakıda yaşayıb və Gürcüstana dünən səhər gəlib. 
 

***

14.58

Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kənd sakini Nəsibov İlqar Bahaddin oğlu həyat yoldaşını boğaraq qətlə yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, cinayəti törətmiş şəxs saxlanılıb.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date