Marneulidə beşmərtəbəli yaşayış binasının eyvanının uçması nəticəsində ağır xəsarət alan hamilə qadın dünyasını dəyişib.
APA-nın yerli bürosu xəbər verir ki, bununla da bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 2 olub.
Daha üç nəfərin xəsarət aldığı bildirilir ki, onlardan biri 8 yaşlı uşaqdır.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin tikintidə təhlükəsizliyin pozulmasını nəzərdə tutan maddəsi əsasında cinayət işi açılıb.
***
Saat 20:52
Gürcüstanda azərbaycanlıların kopmapkt yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.
Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.
Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.