Gürcüstanda azərbaycanlıların sıx yaşadığı ərazidə binanın eyvanı uçub, 2 nəfər ölüb - FOTO - YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı ərazidə binanın eyvanı uçub, 2 nəfər ölüb - FOTO  - YENİLƏNİB
# 26 iyun 2022 22:53 (UTC +04:00)

Marneulidə beşmərtəbəli yaşayış binasının eyvanının uçması nəticəsində ağır xəsarət alan hamilə qadın dünyasını dəyişib.

APA-nın yerli bürosu xəbər verir ki, bununla da bədbəxt hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 2 olub.

Daha üç nəfərin xəsarət aldığı bildirilir ki, onlardan biri 8 yaşlı uşaqdır.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin tikintidə təhlükəsizliyin pozulmasını nəzərdə tutan maddəsi əsasında cinayət işi açılıb.

***

Saat 20:52

Gürcüstanda azərbaycanlıların kopmapkt yaşadığı Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bələdiyyənin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.

Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR