Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən azərbaycanlı saxlanılıb

Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən azərbaycanlı saxlanılıb
# 23 oktyabr 2019 13:56 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli polis şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən azərbaycanlını saxlayıblar.

APA-nın yerli bürosunun qurumun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, 1961-ci il təvəllüdlü, Marneuli rayonunun İmir kəndindən olan azərbaycanlının idarə etdiyi avtomobilə baxış keçirilib.

Avtomobildən 119 ədəd "Suboxone" həbi aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR