Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
# 03 iyun 2022 12:29 (UTC +04:00)

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, qurumun sərhəd xidmətinin əməkdaşları 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı F.İ.-ni, həmçinin onunla birlikdə iki Türkiyə vətəndaşı – 1990-cı il təvəllüdlü S.H. və 1989-cu il təvəllüdlü Ç.K.-nı Gürcüstanın dövlət sərhədini qanunsuz pozmağa cəhd edərkən saxlayıb.

Bildirilib ki, sözügedən şəxslər qrup halında Gürcüstandan Türkiyəyə keçməyə cəhd ediblər.

Faktla əlaqədar cinayət işi açılıb, saxlanılan şəxslərin 5 ilədək azadlıqdan məhrum edilməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR