Hacıqabul sakini özünü bıçaqlayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1990-cı il təvəllüdlü Qarayev Zabil Mətləb oğlu özünə bıçaqla ağır xəsarət yetirib. Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı əməliyyat olunub.
Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.