Hacıqabulda baş vermiş qəzada ölən və xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏMƏ

Hacıqabulda baş vermiş qəzada ölən və xəsarət alanların adları məlum olub - FOTO - YENİLƏMƏ
  • Clock-gray 08:41
  • calendar-gray 21 Avqust 2019

Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü Ağstafa sakini Fərəcov Ramil Rafiq oğlunun idarə etdiyi 02-BX-514 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil "KamAZ" markalı yük avtomobilinə arxadan çırpılıb. Hadisə nəticəsində minik avtomobilində olan sərnişin - 1965-ci il təvəllüdlü İsmayılov Şahin Qəmət oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişin 1989-cu il təvəllüdlü Vüsal İsmayılov yüngül xəsarətlər alıb. 

Hadisəyə səbəb minik avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub. 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

***

Saat 07:41

Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Nəvahi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil hərəkətdə olarkən "KamAZ" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində ölən və xasərət alanların olduğu deyilir.

Təfərrüatlar araşdırılır.

 

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date