Hacıqabulda avtomobil piyadanı vurub

Hacıqabulda avtomobil piyadanı vurub
# 22 may 2023 22:01 (UTC +04:00)

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Neyniman kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1951-ci il təvəllüdlü Həsənov Günəş Ağasəlim oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR