Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, ana və iki uşaq yaralanıb

Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, ana və iki uşaq yaralanıb
# 18 sentyabr 2022 14:16 (UTC +04:00)

Hacıqabulda qadın sürücü qəza törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb.

Uşaqlar ambulator yardım alsalar da ana müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR