Sabirabadda baş verən yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb - FOTO - YENİLƏNİB-1

Sabirabadda baş verən yol qəzasında ölənlərin sayı 3 nəfərə çatıb - FOTO - YENİLƏNİB-1
  • Clock-gray 12:15
  • calendar-gray 15 Avqust 2019

Sabirabadda baş verən yol qəzasında yaralanan qadın dünyasını dəyişib. 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, 1961-ci il təvəllüdlü Muradova Səmayə Balaxan qızı aldığı xəsarətlərdən Şirvan Mərkəzi Rayon Xəstəxanasında keçinib.

Bununlada məlum qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

***

Saat 10:31

Sabirabadda baş verən yol qəzasında yaralananların adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində KİA-nın sürücüsü və sərnişinləri, İmişli rayon sakini Dövlətov Nicat İbadulla oğlu (1987), Sabirabad Mərkəzi Rayon Xəstəxanasına, İmişli rayonu Xəlfəli kənd sakini, 2000-ci il təvəllüdlü Novruzov Haqverdi Seyran oğlu və rayonun Hacalmuradlı kənd sakini, 1961-ci il təvəllüdlü Muradova Səmayə Balaxan qızı isə Şirvan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

***

Saat 08:10

Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, KİA və "QAZ-24" markalı avtomobillər toqquşub. Nəticədə "QAZ-24"-ün sürücüsü, Sabirabad rayonunun Soltanabad kənd sakini, 1972-ci il təvəllüdlü Bağırov Vüqar Səfər oğlu və KİA-nın sərnişinlərindən İmişli sakini, 1961-ci il təvəllüdlü Əliyev Sərxoş Əlizadə oğlu ölüblər. KİA-nın sürücüsü, İmişli rayonunun Kürdmahmudlu kənd sakini, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlu və digər sərnişinlər yaralanıblar.

Xəsarət alanlardan ikisi Sabirabad Rayon Mərkəzi Xəstəxanasına, digər ikisi isə Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yol qəzasının təfərrüatları araşdırılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date