Hacıqabulda evakuator yük avtomobilinə çırpılıb, sərnişinin ayaqları amputasiya edilib - FOTO

Hacıqabulda evakuator yük avtomobilinə çırpılıb, sərnişinin ayaqları amputasiya edilib - FOTO
  • Clock-gray 05:36
  • calendar-gray 17 Sentyabr 2019

 

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 04.30-da Bakı-Qazax magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, evakuatoru idarə edən sürücünün yuxulaması nəticəsində avtomobil yolun kənarında dayanan “KaMAZ” markaılı avtomobilə çırpılıb. Nəticədə evakuatorda olan sərnişin Gəncə sakini, 1980-ci il təvəllüdlü Dünyamalıyev Taleh Fərman oğlu ağır vəziyyətdə-ayaqlarının travamtik amputasiya və travmatik şok diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
 

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date