Hacıqabulda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Hacıqabulda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
# 13 avqust 2019 12:46 (UTC +04:00)

Hacıqabulda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlar - Biləsuvar sakini, 1989-cu il təvəllüdlü Hüseynli Elçin Ələsgər oğlu, İmişli sakinləri - 1966-cı il təvəllüdlü Əzizov Nazim Çərkəz oğlu, 1968-ci il təvəllüdlü Əzizova Arifə Bəybala qızı, 2014-cü il təvəllüdlü Əzizov Nazim Nahim oğlu, Sumqayıt sakini, 1989-cu il təvəllüdlü Səfərov Elnur İsrayıl oğlu, 1953-cü il təvəllüdlü Eyvazova Məleykə İbrahim qızı və Eyvazov Vüsal Ələmdar oğlu müxtəlif xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

***

Saat 11:08

Hacıqabulda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR