Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB

Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB
  • Clock-gray 00:36
  • calendar-gray 16 Sentyabr 2019

Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücülərdən biri dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Atakişiyev Əyyub Teyyub oğlu yerləşdirildiyi xəstəxanada keçinib.

Bildirilir ki, qəza zamanı "KamAZ" və iki "Mercedes" markalı yük maşını toqquşub. Qəzadan sonra "KamAZ" aşıb, şüşə daşıyan "Mercedes" markalı avtomobilin sürücü kabinəsi isə ciddi şəkildə deformasiyaya uğrayıb. Dünyasını dəyişən Ə.Atakişiyev həmin avtomobildə olub. Qoşqulu yük maşını Türkiyəyə məxsus qeydiyyat nişanı ilə hərəkət edirmiş, sürücüsü 1977-ci il təvəllüdlü Cumalı Qaraoğlan Həmid oğlu Türkiyə vətəndaşıdır. Onun yüngül xəsarət aldığı deyilir. Digər yaralı isə "KamAZ"da olub.

Hadisənin təfərrüatları araşdırılır.

***

Saat 00:03

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda, Hacıqabulun Padar kəndinin ərazisində qeydə alınıb.

Hadisə zamanı iki "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.

FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB"> FOTO - YENİLƏNİB" data-description="gallery" alt="Hacıqabulda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanlardan biri ölüb - FOTO - YENİLƏNİB">

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date