Hacıqabulda kabel oğruları tutulub

Hacıqabulda kabel oğruları tutulub
# 20 noyabr 2019 15:13 (UTC +04:00)

Hacıqabulda elektrik xətlərini kəsib oğurlayan 2 nəfər saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, oğurluq hadisəsi noyabrın 12-də gecə saatlarında Hacıqabul rayonu Ağacanlı kəndi ərazisində yerləşən Şirvan sakini Elşən Məlikova məxsus fermada baş verib.

Ferma sahibi ona məxsus təsərrüfatdan 1720 metr uzunluqda alüminium elektrik kabelinin (fəaliyyətdə olan elektrik xətlərini kəsməklə) oğurlanması barədə DİN-in “102” xidmətinə müraciət edib. Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini, 1986-cı il təvəllüdlü Fərəcov İlham Cəlal oğlu və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Şirinov Müşfiq Əhməd oğlu polis tərəfindən saxlanılıb. Oğurlanan kabellər maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi başlanılıb araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR