Hacıqabulda narkotik satan şəxslər saxlanılıb - FOTO

Hacıqabulda narkotik satan şəxslər saxlanılıb

© APA | Hacıqabulda narkotik satan şəxslər saxlanılıb

# 29 yanvar 2022 16:09 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə Göyçay rayon sakini Tural Mustafayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 85 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Mustafayevin Göyçay rayonu ərazisində yerləşən evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 410 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan Şaiq Novruzov və Niyaməddin Səfərov saxlanılıblar. Həmin şəxslərdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR