Hacıqabulda narkotik satışı ilə məşğul olan 11 nəfər saxlanılıb

Hacıqabulda narkotik satışı ilə məşğul olan 11 nəfər saxlanılıb
# 08 sentyabr 2022 14:14 (UTC +04:00)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən xəbərə görə, son bir həftə ərazində şöbə əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Həmçinin qeyd edilən müddət ərazində keçirilən əməliyyatlar zamanı rayon ərazisində bir şəxsə qarşı oğurluq əməlini törədərək, zərərçəkənə 420 dollar maddi ziyan vuran bir qadın da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edilən faktların hər biri ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan 12 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR