Hacıqabulda vəzifəli şəxs yük maşınının altında qalaraq ölüb - FOTO - YENİLƏNİB

Hacıqabulda vəzifəli şəxs yük maşınının altında qalaraq ölüb - FOTO - YENİLƏNİB
  • Clock-gray 10:32
  • calendar-gray 23 Oktyabr 2019

Hacıqabulda ötən gecə yük avtomobili ilə vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.

APA-nın əldə etdiyi məlumata görə, Z. Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kəndi üzrə İcra Nümayəndəsi vəzifəsində çalışıb.

***

Saat 00:19

Hacıqabulda yük avtomobili piyadanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 00.00-da Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu  hadisə yerində ölüb.

Hazırda meyitin aidiyyəti üzrə təhvil verilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı, Səlcuq Elçin
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date