Hacıqabulda taxta emalı sexi yanıb

Hacıqabulda taxta emalı sexi yanıb
# 05 sentyabr 2022 18:33 (UTC +04:00)

Hacıqabul şəhərində ümumi sahəsi 100 m² olan obyektin (taxta emalı sexi kimi fəaliyyət göstərir) içərisində yığılan taxta materialları və dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, obyektin qalan hissəsi və içərisində olan 1 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR