Hacıqabulda toyda qardaşlar bıçaqlanıb - YENİLƏNİB

Hacıqabulda toyda qardaşlar bıçaqlanıb - YENİLƏNİB
# 02 iyun 2023 10:32 (UTC +04:00)

İyunun 1-də saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri Elşən Quliyevin və qardaşı Amidin xəsarət almaları barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

***

01.19

Hacıqabulda toyda 2 qardaş bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Toy şənliyində baş verən mübahisə zamanı Hacıqabul şəhər sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Amid Elşad oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşən Elşad oğluna bir nəfər tərəfindən bıçaq xəsarətləri yetirilib. Hər iki qardaş yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirlib. Onlardan biri əməliyyata götürülüb. Hadisənin təfərrüatları və kim tərəfindən törədilməsi barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR