Hacıqabulda xalası qızını öldürən şəxs 17 il azadlıqdan məhrum edilib

Hacıqabulda xalası qızını öldürən şəxs 17 il azadlıqdan məhrum edilib
# 20 iyul 2019 16:23 (UTC +04:00)

Hacıqabulda xalası qızını öldürməkdə təqsirləndirilən Ayəddin İsmayılzadənin məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən A. İsmayılzadə 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Hacıqabulda baş verib. A. İsmayılzadə sevgi münasibətlərində olduğu xalası qızı Məlikli Rəvanə Məlikağa qızının gizli olaraq başqa şəxslə telefonla danışdığı, ona xəyanət etməsindən şübhələndiyi üçün qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR