Hakimliyə namizədlərin yazılı imtahanının vaxtı açıqlanıb

Hakimliyə namizədlərin yazılı imtahanının vaxtı açıqlanıb
  • Clock-gray 15:45
  • calendar-gray 23 Sentyabr 2019

Hakimliyə namizədlərlə test imtahanının ikinci fazası - yazılı imtahan sentyabr ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən APA-ya verilən məlumata görə, hakimliyə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni sentyabr ayının 25-dən bütün iş vaxtı ərzində, Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdır.

İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır.

İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date