Həbsdə olan şəxsin evində xeyli narkotik aşkarlanıb - FOTO

Həbsdə olan şəxsin evində xeyli narkotik aşkarlanıb - FOTO
# 15 noyabr 2022 11:51 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidməti və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.

PX-dən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1 və 234.4.3(qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirli bilinərək həbs edilmiş Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evinə baxış keçirilib. Baxış zamanı evdə gizlədilmiş ümumi çəkisi 500 qram olan narkotik vasitə - marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR