Həbsdə olan şəxsin gizlətdiyi 19 kq narkotik tapılıb

Həbsdə olan şəxsin gizlətdiyi 19 kq narkotik tapılıb
# 16 may 2022 10:54 (UTC +04:00)

Həbsdə olan şəxsin gizlətdiyi19 kq-dan artıq narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan Ceyhun Cəfərzadənin ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR