Həbsdəki oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb

Həbsdəki oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb
# 19 sentyabr 2022 09:48 (UTC +04:00)

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən APA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cəmil Qeysər oğlu Məmmədovla görüşə gəlmiş atası Şuşa rayon sakini Qeysər Cəmil oğlu Məmmədovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,106 qram narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR