Həbsxanaya hamam süngərinin içində narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Həbsxanaya hamam süngərinin içində narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
# 05 fevral 2022 11:34 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2, 326.2 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Rəhbər oğlu Axundova Göygöl şəhər sakini Ayaz Valexan oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan hamam süngərinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 10,322 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,532 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib..

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR